“Ötən il Yeni Zelandiyadan Azərbaycana 6 500 ton kərə yağı idxal olunub”.
"Report" xəbər verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli “Qida təhlükəsizliyi haqqında” qanunun icrası ilə bağlı bu ilin 6 ayında görülən tədbirlərə dair keçirilən mətbuat konfransında deyib.
Onun sözlərinə görə, zelandiyalı mütəxəssislərlə görüşdə onların qarşısında müvafiq tələb irəli sürülüb: "Bildirilib ki, yalnız bizim tərəfdən audit tədbirləri keçirildikdən sonra müvafiq normalara uyğun məhsul olduğu təsdiqləndikdən sonra həmin qida məhsullarının ölkəyə idxalına icazə verilə bilər. Onlar da bizə ekvivalentliklə bağlı müraciət edib. Lakin bu gün üçün hər hansı ölkənin ekvivalentliyi müzakirə mövzusu deyil. Çünki bu məsələ mürəkkəb prosedurdur".