Qoşqar Təhməzli: "AQTİ-də laborator müayinələrin dəqiqlik əmsalı 95 faizə yüksəlib"

Qoşqar Təhməzli: "AQTİ-də laborator müayinələrin dəqiqlik əmsalı 95 faizə yüksəlib" "Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunda laborator müayinələrin dəqiqlik əmsalı 95 faizə yüksəlib".
Sağlamlıq
7 İyun , 2023 17:47
Qoşqar Təhməzli: AQTİ-də laborator müayinələrin dəqiqlik əmsalı 95 faizə yüksəlib
Qoşqar Təhməzli

"Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunda laborator müayinələrin dəqiqlik əmsalı 95 faizə yüksəlib".

"Report" xəbər veri ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli qurumun 5 illik yubileyi ilə bağlı keçirilən tədbirdə çıxışı zamanı deyib.

O, AQTA-nın beynəlxalq əməkdaşlıq sahəsində bir sıra uğurlar əldə etdiyini və sahibkarlara göstərilən xidmətlərin təkmilləşdirildiyini də vurğulayıb.

Eyni zamanda Agentliyin tabeliyindəki Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun fəaliyyətinə toxunub.

İnstitutda yüksək nəticələrin əldə olunduğunu vurğulayan AQTA sədri laborator müayinələrin dəqiqlik əmsalının 95 faizə yüksəldiyini, nəticəsi uyğunsuz çıxan müayinələrin ümumi müayinələrdə payının isə 2.6 faizdən 0.31 faizə endiyini qeyd edib.

Son xəbərlər

Orphus sistemi