Qoruyucu maskaların astma xəstələrinə təsiri olub-olmaması açıqlandı

Qoruyucu maskaların astma xəstələrinə təsiri olub-olmaması açıqlandı Bir çox astma xəstələri tibbi maska geyməyin ağır olmasından şikayət edirlər ki, çünki bu, onlarda nəfəsalmanı çətinləşdirir.
Sağlamlıq
1691
7 Noyabr , 2020 05:52
Qoruyucu maskaların astma xəstələrinə təsiri olub-olmaması açıqlandı

Bir çox astma xəstələri tibbi maska geyməyin ağır olmasından şikayət edirlər. Çünki bu, onlarda nəfəsalmanı çətinləşdirir.

“Report” xəbər verir ki, bu barədə "Sputnik" radiosuna Rusiyanın əməkdar həkimi, pulmonoloq Aleksandr Karabinenko bildirib.

Pulmonoloq qeyd edib ki, koronavirus pandemiyası şəraitində yüksək risk qrupuna yalnız yaşlı insanlar yox, həm də xroniki xəstəlikli pasiyentlər aiddir. Astma xəstələri COVID-19 yoluxmaya daha çox meyillidirlər və xəstəliyi daha ağır keçirə bilərlər.

"Astma tənəffüs yollarının xroniki allergik iltihabi xəstəliyidir. Məlumdur ki, koronavirus infeksiyası bronxlara və ağ ciyərlərin alveolalarınə zərər vurur. Buna görə də xəstəliklər insana çox təsir edir", - deyə o bildirib.

Nadir hallar istisna olmaqla, qoruyucu maskalar astma xəstələri üçün təhlükə yaratmır.

"Bir insanda maskanın hazırlandığı materialdan gələn tozlu hissəciklərə və ya qoxulara qarşı dözümsüzlük olmadığı təqdirdə qoruyucu maska təhlükəsizdir. Əgər maddələrdə bronxial spazmanın meydana gəlməsinə qarşı artan reaksiya yoxdursa, qoruyucu maskalar taxmaq təhlükəli deyil və ümumiyyətlə lazımdır. Maskalar ətrafındakıları yoluxdurmamaq üçün hamıya lazımdır", - Karabinenko deyib.

Son xəbərlər

Orphus sistemi