"Qırmızı körpü" sərhəd avtovağzalında dezinfeksiya işləri aparılır

"Qırmızı körpü" sərhəd avtovağzalında dezinfeksiya işləri aparılır Azərbaycan-Gürcüstan sərhəd keçid məntəqəsində olan avtovağzalda koronavirusla əlaqədar dezinfeksiya işləri görülür.
Sağlamlıq
8 Mart , 2020 14:23
Qırmızı körpü sərhəd avtovağzalında dezinfeksiya işləri aparılır

Azərbaycan-Gürcüstan sərhəd keçid məntəqəsində olan avtovağzalda koronavirusla əlaqədar dezinfeksiya işləri görülür.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, avtovağzalın gözləmə zalı, kassa mərkəzi, məhəccərlər dezinfeksiya edilib.

Eyni zamanda gün ərzində paytaxt istiqamətinə yola düşən 20 iri tutumlu avtobusların salonu, yük bölmələri və xarici üz hissələri də epidemioloqlar tərəfindən dezinfeksiya olunub. Profilaktik tədbirlər həmçinin yaxınlıqda yerləşən iaşə obyektlərində də aparılıb.

Qeyd edək ki, "Sınıq Köprü" avtovağzalı gün ərzində ən sıx olan avtovağzallardan biridir. Buradan Gürcüstana, Türkiyəyə yük maşınları və sərnişin avtobusları, minik avtomobilləri yola düşür.

Son xəbərlər

Orphus sistemi