Ötən ay qida zəhərlənmələri ilə bağlı AQTA-ya 25 müraciət daxil olub

Ötən ay qida zəhərlənmələri ilə bağlı AQTA-ya 25 müraciət daxil olub Ötən ay Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) 1003 “Çağrı Mərkəzi”nə ümumilikdə 2030 müraciət daxil olub.
Sağlamlıq
1 noyabr 2019 07:06
Ötən ay qida zəhərlənmələri ilə bağlı AQTA-ya 25 müraciət daxil olub

Ötən ay Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) 1003 “Çağrı Mərkəzi”nə ümumilikdə 2030 müraciət daxil olub. 

AQTA-dan "Report"a verilən məlumata görə, daxil olan müraciətlərdən 374-ü sertifikatlaşdırma və qeydiyyat, 476-ı idxal-ixrac əməliyyatları, 180-i istehlakçı hüquqlarının pozulması halları ilə bağlı olub.

Qida zəhərlənmələri ilə bağlı agentliyə 25 müraciət daxil olsa da, onlardan yalnız 8-i öz təsdiqini tapıb. Bütün hallarda müraciətlər araşdırılıb və qanunvericiliyin tələblərinə uyğun olaraq icrası təmin edilib.

Müvafiq dövrdə Agentliyə daxil olan müraciətlərin 104-ü işə qəbulla, 871-i isə digər xarakterli müraciətlər olub.

Son xəbərlər

Orphus sistemi