Qida Təhlükəsizliyi İnstitutu 1 milyon manatlıq tenderə yekun vurub

Qida Təhlükəsizliyi İnstitutu 1 milyon manatlıq tenderə yekun vurub Qalib şirkətə 1,003 milyon manat ödəniləcək.
Sağlamlıq
1282
23 Oktyabr , 2020 11:58
Qida Təhlükəsizliyi İnstitutu 1 milyon manatlıq tenderə yekun vurub

Qida Təhlükəsizliyi Agentliyinin tabeliyindəki Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu koronavirus (COVİD-19) infeksiyası ilə bağlı laborator analizlərin aparılması üçün diaqnostik dəstlərin, avadanlıqların və ləvazimatların, fərdi mühafizə vasitələrinin və laboratoriya materiallarının satın alınması ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.

"Report" vahid dövlət satınalmaları portalına istinadən xəbər verir ki, tenderin qalibi “Vitta Elmi-Texniki” MMC-dir.

Qalib şirkətə 1,003 milyon manat ödəniləcək.

Son xəbərlər

Orphus sistemi