Qida Təhlükəsizliyi Agentliyinin sədri heyvan kəsiminin mərkəzləşdirilməsi məsələsinə münasibət bildirib

Qida Təhlükəsizliyi Agentliyinin sədri heyvan kəsiminin mərkəzləşdirilməsi məsələsinə münasibət bildirib Bakı. 12 iyun. REPORT.AZ/ Azərbaycan Prezidenti ölkədə heyvan kəsimi sahəsində vəziyyətin normallaşdırılması ilə əlaqədar müvafiq sərəncam imzalayıb.
Sağlamlıq
12 İyun , 2018 11:59
Qida Təhlükəsizliyi Agentliyinin sədri heyvan kəsiminin mərkəzləşdirilməsi məsələsinə münasibət bildirib
Report/ Elchin Murad
0 : 00
0 : 00

Bakı. 12 iyun. REPORT.AZ/ "Azərbaycan Prezidenti ölkədə heyvan kəsimi sahəsində vəziyyətin normallaşdırılması ilə əlaqədar müvafiq sərəncam imzalayıb".

"Report" xəbər verir ki, bunu Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli heyvan kəsiminin mərkəzləşdirilməsi məsələsinə münasibət bildirərkən deyib. 

Onun sözlərinə görə, sərəncama əsasən, Azərbaycan ərazisində iri və xırda buynuzlu heyvanların kəsimi müvafiq olaraq stasionar, modul və mobil tipli müasir ət kəsimi müəssisələrində həyata keçiriləcək: "Sərəncamda da öz əksini tapdığı kimi yerli icra hakimiyyəti orqanlarına müvafiq tapşırıqlar verilib. Həm Bakı şəhərini, həm də Azərbaycan regionlarında olan şəhər və rayonların əhalisinin və heyvanlarının sayına görə hər bir zonada neçə heyvan kəsimi məntəqəsinin fəaliyyətə başlayacağı müəyyənləşəcək".

Q.Təhməzli bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyən insanların bilavasitə Qida Təhlükəsizliyi Agentliyinə müraciət edə biləcəklərini də söyləyib.

Son xəbərlər

Orphus sistemi