Qida Təhlükəsizliyi Agentliyinin balansına veriləcək laboratoriyalar və inzibati binaların siyahısı açıqlanıb

Qida Təhlükəsizliyi Agentliyinin balansına veriləcək laboratoriyalar və inzibati binaların siyahısı açıqlanıb Bakı. 22 may. REPORT.AZ/ Prezident İlham Əliyev Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında sərəncam imzalayıb.
Sağlamlıq
22 May , 2018 19:08
Qida Təhlükəsizliyi Agentliyinin balansına veriləcək laboratoriyalar və inzibati binaların siyahısı açıqlanıb

Bakı. 22 may. REPORT.AZ/ Prezident İlham Əliyev Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında sərəncam imzalayıb. 

"Report" xəbər verir ki, sərəncam Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin maddi-texniki bazasını gücləndirmək məqsədilə imzalanıb. 

Sərəncama əsasən, İqtisadiyyat Nazirliyinin İstehlak Mallarının Ekspertizası Mərkəzi Quba-Xaçmaz Regional Bölməsinin yeyinti məhsullarının keyfiyyəti üzrə sınaq laboratoriyasının Xaçmaz şəhəri, M.Rəsulzadə küçəsi, 7A ünvanında yerləşən inzibati binası və həmin laboratoriyanın maddi-texniki bazası, Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rayon baytarlıq idarələrinin baytarlıq-sanitariya ekspertizası laboratoriyalarının maddi-texniki bazası və ştat vahidləri, Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin balansında olan, Xaçmaz şəhəri, Y.Müşkürü küçəsi, 7 ünvanında yerləşən ikimərtəbəli inzibati bina, Dövlət Gömrük Komitəsinin laboratoriyalarında qida təhlükəsizliyinin yoxlanılması üçün nəzərdə tutulan avadanlıq, “Azərbaycan Standartlaşdırma İnstitutu” publik hüquqi şəxsin Bakı şəhəri, Nərimanov rayonu, E.İsaqzadə qəsəbəsi, 7-ci köndələn ünvanında yerləşən yeyinti və kənd təsərrüfatı məhsullarının sınaq laboratoriyasına aid inzibati sahə, həmin laboratoriyanın maddi-texniki bazası və ştat vahidləri, “Azərbaycan Standartlaşdırma İnstitutu” publik hüquqi şəxsin Sumqayıt şəhəri, Sülh küçəsi, 65 ünvanında yerləşən Sumqayıt yeyinti və kənd təsərrüfatı məhsullarının sınaq laboratoriyasının inzibati binası və onun maddi-texniki bazası Qida Təhlükəsizliyi Agentliyinin balansına verilib.

Nazirlər Kabinetinə bir ay müddətində “bir pəncərə” prinsipinə əməl edilməklə ölkəyə idxal olunan qida məhsullarının təhlükəsizlik baxımından yoxlanılması zamanı Qida Təhlükəsizliyi Agentliyinin Dövlət Gömrük Komitəsi ilə qarşılıqlı fəaliyyətini tənzimləyən normativ hüquqi aktın hazırlanaraq təsdiq olunmasını təmin etmək və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versmək, bu sərəncamda nəzərdə tutulan əmlakın Agentliyin balansına verilməsini Əmlak Məsələləri Dövlət Komitəsi ilə birlikdə təmin etmək, bu sərəncama uyğun olaraq Agentliyə keçəcək müvafiq ştat vahidlərinin və “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş vəsaitin Agentliyə ötürülməsi üçün Agentliklə birlikdə zəruri tədbirlər görmək, Azərbaycan Respublikası Prezidentinin aktlarının bu sərəncama uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək, Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu sərəncama uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu sərəncama uyğunlaşdırılmasını nəzarətdə saxlamaq və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək, bu sərəncamdan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.

Bu sərəncamın icrası başa çatdıqdan sonra Agentlik İqtisadiyyat Nazirliyinin, Kənd Təsərrüfatı Nazirliyinin, Dövlət Gömrük Komitəsinin öz əsasnamələri ilə müəyyən olunmuş vəzifələrinin icrası ilə bağlı müvafiq laboratoriyalardan ödənişsiz istifadə etmələrini təmin etməli, Kənd Təsərrüfatı Nazirliyi rayon (şəhər) kənd təsərrüfatı idarələrinin inzibati binalarından, Kənd Təsərrüfatı Nazirliyinin vivariumlarından və Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rayon baytarlıq idarələrinin diaqnostika kabinetlərindən Qida Təhlükəsizliyi Agentliyinin ödənişsiz istifadə etməsini təmin etməli, Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu sərəncama uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat verməlidir.

Son xəbərlər

Orphus sistemi