Bakı. 13 dekabr. REPORT.AZ/ Qərbi Afrikada Ebola virusuna yoluxanların sayı 18 mini ötüb.
"Report"un İTAR-TASS agentliyinə istinadən verdiyi xəbərə görə, Ümumdünya Səhiyyə Təşkilatından (ÜST) statistikasına əsasən Liberiya, Qvineya və Sierra-Leonedə bu ölümcül virusa yoluxanların sayı 18 188 təşkil edib.
6 583 nəfər isə artıq xəstəlikdən dünyasını dəyişib.