Qərargah: Koronaviruslu xəstələr üçün çarpayı sayı 7 000-dən artıq olacaq

Qərargah: Koronaviruslu xəstələr üçün çarpayı sayı 7 000-dən artıq olacaq Bu gün üçün ölkədə koronaviruslu xəstələrin müalicəsi üçün 5 000-dən çox çarpayı ayrılıb. 2 000 çarpayı isə modul tipli xəstəxanada olacaq. Gələn həftədən ora xəstə yerləşdirilməsinə başlanılacaq.
Sağlamlıq
29 May , 2020 19:08
Qərargah: Koronaviruslu xəstələr üçün çarpayı sayı 7 000-dən artıq olacaq

"Bu gün üçün ölkədə koronaviruslu xəstələrin müalicəsi üçün 5 000-dən çox çarpayı ayrılıb. 2 000 çarpayı isə modul tipli xəstəxanada olacaq. Gələn həftədən ora xəstə yerləşdirilməsinə başlanılacaq".

"Report" xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.

R.Bayramlı qeyd edib ki, ümumilikdə isə çarpayı sayı 7 000-dən artıq olacaq: "Bugünkü xəstə sayına baxsaq, xəstəxanaların dolma faizi yüksəkdir".

Son xəbərlər

Orphus sistemi