Qərargah: Həkim və dərman çatışmazlığı yoxdur

Qərargah: Həkim və dərman çatışmazlığı yoxdur “İndiki dövrdə həftədə 200-500 xəstəni qəbul etmək gücümüz var”.
Sağlamlıq
635
9 İyun , 2020 19:58
Qərargah: Həkim və dərman çatışmazlığı yoxdur

“İndiki dövrdə həftədə 200-500 xəstəni qəbul etmək gücümüz var”.

“Report” xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.

O bildirib ki, xəstə sayı çoxaldıqca tibbi personalın sayı da artırılır: “İki xəstəyə ən yaxşı halda bir tibb işçisi qulluq edir. Bu gün üçün tibb müəssisələrində hər hansı çatışmazlıq yoxdur. Depomuzda bütün lazımlı vasitələr kifayət qədərdir. Dünyada istifadə olunan bütün dərman preparatları ölkəmizdə mövcuddur. Olmayan dərman yoxdur və hər hansı qıtlıq yaşanmır. Gələcəkdə bununla bağlı problem olmayacaq”.

Son xəbərlər

Orphus sistemi