Qazaxda qanunsuz işləyən baytarlıq apteki aşkarlanıb

Qazaxda qanunsuz işləyən baytarlıq apteki aşkarlanıb Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Qazax şəhəri, H. Əliyev prospektində fəaliyyət göstərən, Binaliyev Soxrab Saxroddinoviçə məxsus baytarlıq aptekində keçirdiyi yoxlama zamanı bu sahədə normativ hüquqi sənədlərin tələblərinin p
Sağlamlıq
2 Fevral , 2022 14:23
Qazaxda qanunsuz işləyən baytarlıq apteki aşkarlanıb

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Qazax şəhəri, H. Əliyev prospektində fəaliyyət göstərən, Binaliyev Soxrab Saxroddinoviçə məxsus baytarlıq aptekində keçirdiyi yoxlama zamanı bu sahədə normativ hüquqi sənədlərin tələblərinin pozulduğu, həmçinin son istifadə tarixi bitmiş baytarlıq preparatlarının satıldığı aşkar edilib.

AQTA-dan "Report"a verilən məlumata görə, faktla bağlı qanunvericiliyin tələblərinə uyğun olaraq sahibkar barəsində inzibati tədbir görülüb.

Araşdırmalar davam etdirilir.

Son xəbərlər

Orphus sistemi