İbadulla Ağayev: “Hələlik həkim və xəstəxana çatışmazlığı yoxdur”

İbadulla Ağayev: “Hələlik həkim və xəstəxana çatışmazlığı yoxdur” “Nəinki Azərbaycanda, eləcə də dünyanın hər yerində pandemiya həddi aşılarsa həkim və xəstəxana sayı yetərli olmaya bilər”.
Sağlamlıq
266
19 İyun , 2020 12:29
İbadulla Ağayev: “Hələlik həkim və xəstəxana çatışmazlığı yoxdur”

“Nəinki Azərbaycanda, eləcə də dünyanın hər yerində pandemiya həddi aşılarsa həkim və xəstəxana sayı yetərli olmaya bilər”.

“Report” xəbər verir ki, bunu Azərbaycanın baş epidemioloqu İbadulla Ağayev Yeni TV-yə müsahibəsində deyib.

Mütəxəssis bildirib ki, bu gün ölkədə həkim və xəstəxana baxımından heç bir çatışmazlıq yoxdur: “Ölkənin elə bölgəsi yoxdur ki, orada müasir tələblərə cavab verən xəstəxana olmaya. Eyni zamanda, Azərbaycanda kifayət qədər həkim var. Əksəriyyəti də könüllü şəkildə bu işə qoşulur. Odur ki, narahat olmağa heç bir səbəb yoxdur. Təbii ki, əhali qoyulan qaydalara riayət etməsə vəziyyət çox ağır ola bilər”.

Son xəbərlər

Orphus sistemi