​Azərbaycanda qalxanabənzər vəzin xərçəngi xəstəliyinə tutulan uşaqların sayı artıb

​Azərbaycanda qalxanabənzər vəzin xərçəngi xəstəliyinə tutulan uşaqların sayı artıb Ölənlər arasında uşaqlar olmayıb
Sağlamlıq
10 Sentyabr , 2015 11:52
​Azərbaycanda qalxanabənzər vəzin xərçəngi xəstəliyinə tutulan uşaqların sayı artıb

Bakı. 10 sentyabr. REPORT.AZ/ Azərbaycanın səhiyyə müəssisələrində qalxanabənzər vəzin bədxassəli yenitörəmə xəstəliyi diaqnozu ilə qeydiyyatda olanların sayı 2013-cü ilin sonuna 767 nəfər, 2014-cü ilin sonuna isə 946 nəfər olub. Bu barədə "Report"a Dövlət Statistika Komitəsinin Məlumatların yayılması şöbəsinin müdiri Rəfael Süleymanov məlumat verib. O bildirib ki, 2013-cü ildə qalxanabənzər vəzin xərçəngi xəstəliyindən qeydiyyatda olan 0-17 yaş uşaqların sayı 4, 2014-cü ildə isə 6 nəfər olub: "2013-cü ildə bu xəstəlikdən ölənlərin sayı 20 nəfər, 2014-cü ildə isə 14 nəfər olub. Ölənlər arasında uşaqlar qeydə alınmayıb".

Son xəbərlər

Orphus sistemi