Psixoloq: "Azərbaycanda narkotik asılılığından yardım sahəsində mütəxəssis qıtlığı var"

Psixoloq: "Azərbaycanda narkotik asılılığından yardım sahəsində mütəxəssis qıtlığı var" "Azərbaycanda narkotik maddə asılılığından yardım sahəsində mütəxəssis qıtlığı var".
Sağlamlıq
6 İyul , 2022 12:32
Psixoloq: Azərbaycanda narkotik asılılığından yardım sahəsində mütəxəssis qıtlığı var
Ramin Allahverdiyev

"Azərbaycanda narkotik maddə asılılığından yardım sahəsində mütəxəssis qıtlığı var".

"Report" xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin psixoloqu Ramin Allahverdiyev "Yetkinlik yaşına çatmayanlar arasında narkotik və psixotrop maddələrdən istifadə dərəcəsinin qiymətləndirilməsi üzrə analitik hesabat"ın təqdimatı zamanı deyib.

Onun sözlərinə görə, bəzi məktəblərdə blogerlər və keçmiş maddə istifadəçiləri narkotik maddələrlə bağlı maarifləndirici tədbirlər keçirirlər: "Bu çox həssas məsələdir. Fikrimcə, heç bir şagirdə şpris, maddə adı, deformasiyaya uğramış sümük, bədən göstərməyin faydası yoxdur. Biz şəxsin daxili-xarici resurslarını aktivləşdirməliyik. İdmana, kitaba meyillilik yaradılmalıdır".

Son xəbərlər

Orphus sistemi