Proqramlı hemodializ seanslarına qəbul edilən yeni xəstələrin sayı məlum olub

Proqramlı hemodializ seanslarına qəbul edilən yeni xəstələrin sayı məlum olub 2020-ci il ərzində 1 107 yeni xəstə proqramlı hemodializ seanslarına qəbul edilib.
Sağlamlıq
24 May , 2021 11:21
Proqramlı hemodializ seanslarına qəbul edilən yeni xəstələrin sayı məlum olub

2020-ci il ərzində 1 107 yeni xəstə proqramlı hemodializ seanslarına qəbul edilib.

“Report” xəbər verir ki, həmin müddət ərzində 135 nəfər dövlət hesabına böyrəkköçürmə əməliyyatlarının icra olunması üçün yüksək maliyyə vəsaiti tələb edən donor-resipiyent uyğunluğu müayinələrindən keçirilməsi üçün aidiyyəti tibb müəssisəsinə göndərilib.

Onlardan uyğun gələn 18 xəstəyə böyrək nəqli artıq icra edilən 14 xəstənin isə əməliyyat vaxtları artıq təyin olunub.

Keçən il Respublika Klinik Xəstəxanasında 8 ədəd, Azərsutikinti Xəstəxanasında 2 ədəd süni böyrək aparatı quraşdırılıb. Fəaliyyət göstərən mərkəzlərdə istismar dövrü başa çatan 37 ədəd süni böyrək cihazları yeniləri ilə əvəzlənib.

Son xəbərlər

Orphus sistemi