Prezidentin köməkçisi: “Yumşalmalardan sonra yoluxanların sayının artacağı gözlənilən idi”

Prezidentin köməkçisi: “Yumşalmalardan sonra yoluxanların sayının artacağı gözlənilən idi” Pandemiya dalğavari olaraq bütün ölkələrə təsir edir
Sağlamlıq
576
19 Mart , 2021 16:05
Prezidentin köməkçisi: “Yumşalmalardan sonra yoluxanların sayının artacağı gözlənilən idi”
Şahmar Mövsümov

“Biz artıq 1 ildən çoxdur pandemiya şəraitində yaşayırıq. Pandemiya dalğavari olaraq bütün ölkələrə təsir edir”.

“Report” xəbər verir ki, bunu Prezidentin köməkçisi – Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirililən brifinqində deyib.

Onun sözlərinə görə, hazırda bir çox ölkələrdə virusun növbəti dalğası müşahidə olunur: “Bir çox ölkələr məhz bu səbəbdən qapanmalara gedirlər. Azərbaycanda da son zamanlar rəqəmlər artmağa başlayıb. Yumşalmalardan sonra bu gözlənilən idi”.

Son xəbərlər

Orphus sistemi