Prezidentin köməkçisi: “Beynəlxalq ictimaiyyət ölkəmizdə görülən işləri yüksək qiymətləndirir”

Prezidentin köməkçisi: “Beynəlxalq ictimaiyyət ölkəmizdə görülən işləri yüksək qiymətləndirir” “Prezident İlham Əliyevin COVID-19 infeksiyasına qarşı mübarizə strategiyası uğurla davam etdirilir”.
Sağlamlıq
251
13 May , 2020 17:03
Prezidentin köməkçisi: “Beynəlxalq ictimaiyyət ölkəmizdə görülən işləri yüksək qiymətləndirir”
Hikmət Hacıyev / Report

“Prezident İlham Əliyevin COVID-19 infeksiyasına qarşı mübarizə strategiyası uğurla davam etdirilir”.

“Report” xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində çıxışı zamanı deyib.

“Ölkəmizdə görülən işlər beynəlxalq ictimaiyyət tərəfindən də yüksək qiymətləndirilir. Qeyd edim ki, Ümumdünya Səhiyyə Təşkilatının rəhbəri mayın 11-də Azərbaycan Prezidentinə yeni bir məktub ünvanlayıb. Azərbaycanla da bu təşkilat arasında çox sıx əlaqələr var”, - o bildirib.

Orphus sistemi