Prezident
"Report" xəbər verir ki, məktubda deyilir:
"Hörmətli konqres və konfrans iştirakçıları!
Sizi – Azərbaycan kardioloqlarını, kardiocərrahlarını və müxtəlif ölkələrdən respublikamızın paytaxtına gəlmiş alimləri səmimi salamlayır, konqresinizin işinə uğurlar və insanların sağlamlığı naminə nəcib fəaliyyətinizdə hər birinizə yeni nailiyyətlər arzu edirəm.
Kardiologiya və ürək-damar cərrahiyyəsinin inkişafında özünəməxsus mövqeyi ilə seçilən ənənəvi Bakı konqresi bu gün təbabətin yeni müalicə üsulları və texnologiyalarının Azərbaycanda tətbiqinə layiqli töhfələr verməkdədir. Dünyanın mötəbər tibb mərkəzlərini təmsil edən tanınmış kardioloq alim və cərrahların iştirakı ürək-damar xəstəliklərinin müalicəsinə dair son elmi nailiyyətlərin müzakirə ediləcəyi konqresinizin yüksək nüfuzunun göstəricisidir. Gənc mütəxəssislər üçün təcrübə məşğələlərinin keçirilməsi isə onun elmi-praktik əhəmiyyətini xüsusilə artırır.
Avrasiya Ürək-Damar Cərrahları Cəmiyyətinin XV konfransı ilə birgə təşkil edilən hazırkı konqresin xalqımızın ümummilli lideri
Ümidvaram ki, kardiologiyanın və ürək-damar cərrahiyyəsinin aktual məsələlərinin qabaqcıl mütəxəssislərin iştirakı ilə ətraflı müzakirəsi həkimlərimizin xarici əlaqələrini daha da möhkəmləndirəcək, beynəlxalq təcrübədən qarşılıqlı faydalanmaqla bütövlükdə tibb elminin inkişafına xidmət edəcəkdir".