“Pfizer” vaksini vurduranlara “Sinovac”la peyvənd olunmusunuz” bildirişi gəlir - FOTO

“Pfizer” vaksini vurduranlara “Sinovac”la peyvənd olunmusunuz” bildirişi gəlir - FOTO Azərbaycanda koronavirus əleyhinə “Pfizer” vaksininin ilk dozasını vurduran vətəndaşlara https://randevu.its.gov.az/ saytında məlumatlarını daxil etdikdə onlara “Sinovac” peyvəndinin vurulduğu bildirişi gəlir.
Sağlamlıq
2332
2 İyul , 2021 15:15
“Pfizer” vaksini vurduranlara “Sinovac”la peyvənd olunmusunuz” bildirişi gəlir - FOTO

Azərbaycanda koronavirus əleyhinə “Pfizer” vaksininin ilk dozasını vurduran vətəndaşlara https://randevu.its.gov.az/ saytında məlumatlarını daxil etdikdə onlara “Sinovac” peyvəndinin vurulduğu bildirişi gəlir.

“Report”un əldə etdiyi məlumata görə, bu kimi hallarla bir neçə vətəndaş rastlaşıb.

Aldıqları cavabdan çaşqınlıq keçirən şəxslər bildirir ki, onlar əvvəldən “Pfizer” vurulan tibb müəssisələri üçün onlayn növbə götürüblər:

“Xəstəxanada peyvənd vurduran vətəndaşlara verilən COVID-19 vaksinasiyası üzrə məlumat formasında “Pfizer” peyvəndinin adı qeyd olunsa da, sistemdə məlumatlarını daxil etdikdə bildiriş çıxıb ki, sizə ilk doza “Sinovac” vaksini vurulub”.

“Report”un əməkdaşı məsələ barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə də məlumat verib. Bundan sonra Dövlət Agentliyi məsələni araşdırmağa başlayıb.

Agentlikdən bildirilib ki, bu məsələ daha çox texniki məsələdir:

“Yəni https://randevu.its.gov.az/ sistemi ilk olaraq “Sinovac” vaksini üçün tənzimlənmişdi. Sonradan ölkəyə müxtəlif növ vaksinlər gətirildi və vətəndaşlara seçim imkanı verildi. Yeni vaksinlərin adı sistemə əlavə olunub və hər bir şəxs istədiyi vaksini vurdurmaq imkanı əldə edə bilir. Əsas məsələ vurulan peyvənd qarşılığında vətəndaşa verilən COVID-19 vaksinasiyası üzrə məlumat formasında hansı vaksinin adının yazılmasıdır. E-təbib səhifəsində QR kodlu vaksinasiya sertifikatı önəmlidir. Çünki qəbul edilən sənəd budur. Odur ki heç bir narahatlığa əsas yoxdur”.

Son xəbərlər

Orphus sistemi