“Pfizer”–“BioNTech” dərmanı hamilələr üzərində sınaqdan keçirilir

“Pfizer”–“BioNTech” dərmanı hamilələr üzərində sınaqdan keçirilir “Pfizer” və “BioNTech” əczaçılıq şirkətləri birgə hazırladıqları koronavirusa qarşı dərmanı 18 yaşında və yuxarı hamilə qadınlar üzərində sınamağa başlayıb
Sağlamlıq
188
19 Fevral , 2021 13:40
“Pfizer”–“BioNTech” dərmanı hamilələr üzərində sınaqdan keçirilir

“Pfizer” və “BioNTech” əczaçılıq şirkətinin birgə hazırladığı koronavirusa qarşı dərman 18 və yuxarı yaşlı hamilə qadınlar üzərində sınaqdan keçirilməsinə başlanılıb.

“Report” xəbər verir ki, “BioNTech” şirkətinin saytında yerləşdirilən açıqlamaya görə, sınaqlar 4 minədək sağlam hamilə qadının 24-34 həftəsində iştirakı ilə təsadüfi seçimlə, plasebo nəzarətli, müşahidəsiz tədqiqat kimi qurulur. Tədqiqat dərmanın iki dozu və ya plasebo vasitəsilə 21 gün aparılacaq. Hər iştirakçı təsadüfi seçimlə dərman vurmağa və ya plaseboya qəbul edilməsindən asılı olaraq tədqiqatda 7 ay, yaxud 10 ay iştirak edəcək. Doğulacaq körpələr də 6 aylığınadək müşahidə altında olacaq.

“Pfizer” və “BioNTech” şirkətləri qarşıdakı aylarda dərmanı 5-11 yaşlarındakı uşaqlar üzərində, ilin sonunadək də 5 yaşından kiçik uşaqlar üzərində sınamağı da nəzərdə tutur. Dərmanın 12-15 yaşlarında uşaqlar üçün təhlükəsiz və səmərəli olduğunun indiyədək keçirilmiş tədqiqatlar zamanı dəyərləndirildiyi, bu ilin ikinci rübündə aidiyyəti qurumlar tərəfindən təsdiqlənməsi gözlənildiyi bildirilir.

Qeyd edək ki, “Pfizer” – “BioNTech” dərmanı ABŞ-da 16 və yuxarı yaşlarında şəxslərin koronavirusun qarşısını almaq üçün istifadəsi üçün tövsiyə edilib.

Son xəbərlər

Orphus sistemi