Peyvəndlərin hazırlanması və effektivliyinin yoxlanılması üçün tədqiqatlara başlanılıb

Peyvəndlərin hazırlanması və effektivliyinin yoxlanılması üçün tədqiqatlara başlanılıb Avqustun 18-də Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutunda hüceyrə kulturası tədqiqatlarına başlanılıb.
Sağlamlıq
152
19 Avqust , 2021 12:19
Peyvəndlərin hazırlanması və effektivliyinin yoxlanılması üçün tədqiqatlara başlanılıb

Avqustun 18-də Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutunda hüceyrə kulturası tədqiqatlarına başlanılıb.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin mətbuat xidmətindən "Report"-a verilən məlumata görə, V.Y.Axundov adına Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu və Baytarlıq Elmi-Tədqiqat İnstitutunun birgə təşkil etdiyi “Hüceyrə kulturası və krioprezervasiyası” mövzusunda olan master-klass avqustun 28-nə kimi davam edəcək.

Proqramın əsas məqsədi uzun illərdən sonra ilk dəfə ölkədə yeni növ koronavirus (COVID-19) da daxil olmaqla, infeksiyalara qarşı yeni mübarizə tədbirlərinin işlənib hazırlanması, xəstəliklərin diaqnostikası, kimya terapiyası, xüsusilə vaksin istehsalı ilə bağlı tədqiqatların başladılmasının əsasını təşkil edən hüceyrə kulturası modellərinin yaradılması və bu sahədə mütəxəssislərin hazırlanmasından ibarətdir.

Koronavirusun diaqnostikasında, vaksinlərin hazırlanması və effektivliyinin yoxlanılmasında son dərəcə əhəmiyyətli olan COVID-19 viruslarının çoxalmasını təmin edən VERO və digər hüceyrə xətləri Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutunun laboratoriyasına gətirilib.

Laboratoriyada, həmçinin leyşmanioza qarşı müxtəlif növ dərman preparatları və vaksin hazırlanması üçün leyşmania parazitlərinin kulturası da mövcuddur.

Hazırda laboratoriyada kultura işləri başladılıb, hüceyrələr çoxaldılaraq bir qisminin maye azotda (-180° C ) deposu yaradılıb.

Son xəbərlər

Orphus sistemi