“Peyvənd yaşadır/Gələcəyə sağlam baxın!” adlı tədbir keçirilib

“Peyvənd yaşadır/Gələcəyə sağlam baxın!” adlı tədbir keçirilib Bir çox infeksion xəstəliklərdən qorunmaqda ən effektiv vasitə olan peyvəndlərlə bağlı insanları maarifləndirmək, uşaqların və gələcəyimizin təhlükəsizliyini təmin etməkdir.
Sağlamlıq
27 May , 2023 12:43
“Peyvənd yaşadır/Gələcəyə sağlam baxın!” adlı tədbir keçirilib

Bir çox infeksion xəstəliklərdən qorunmaqda ən effektiv vasitə olan peyvəndlərlə bağlı insanları maarifləndirmək, uşaqların və gələcəyimizin təhlükəsizliyini təmin etməkdir.

"Report" xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində fəaliyyət göstərən Bakı Baş Səhiyyə Mərkəzinin təşkilatçılığı ilə “Peyvənd yaşadır/Gələcəyə sağlam baxın!” adlı keçirilən tədbirdə bildirilib.

Əyləncəli-maarifləndirmə formatında keçirilən tədbirdə uşaqlar üçün əyləncəli proqramlar təşkil edilərkən valideynlərə təbliğat materialları paylanılıb, ölkəmizdə uşaqlara vurulan peyvəndlər haqqında məlumatlar verilib və onları maraqlandıran, narahat edən suallar cavablandırılıb.

Vurğulanıb ki, Azərbaycanda peyvəndləmənin sistemli şəkil aparılması nəticəsində poliomielit xəstəliyi ləğv edilib, məxmərək, difteriya, tetanus, göyöskürək xəstəliklərinin səviyyəsinin aşağı düşməsinə nail olunub: “Hazırda Azərbaycanda hepatit B, vərəm, tetanus, poliomielit, difteriya, göyöskürək, B tipli hemofil infeksiya, məxmərək, qızılca, parotit xəstəliklərinə qarşı peyvəndlər mövcuddur. Peyvəndlərin zəncirvari tətbiq edilməsində məqsəd uşaqların immunitet qazanması və yoluxucu xəstəliklərə yoluxmamasına nail olmaqdır”.

Həmçinin bildirilib ki, profilaktik peyvəndlər vasitəsi ilə yoluxucu xəstəliklərin qarşısının alınması (İmmunoprofilaktika) yoluxucu infeksion xəstəliklərə qarşı ən effektiv müdafiə metodu hesab edilir və əhalinin sağlamlığının qorunması məqsədi ilə həyata keçirilir: “Artıq bütün dünyada peyvəndlərin yoluxucu infeksiyaları və onların fəsadlarını aradan qaldıran əvəzolunmaz vasitə olduğu fikri qəbul olunub. Hazırda Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəyi və nəzarəti altında dünyanın 180 ölkəsində vaksinasiya proqramı icra edilir”.

Qeyd edək ki, ölkəmizdə peyvəndləmə Milli Peyvənd Təqviminə əsasən həyata keçirilir və istifadə edilən bütün vaksinlər Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Dərman Vasitələrinin Analitik Ekspertiza Mərkəzində (AEM) müayinədən keçirilir, təhlükəsizliyinə zəmanət verilir.

Son xəbərlər

Orphus sistemi