Peyvənd olunanların sayı açıqlanıb

Peyvənd olunanların sayı açıqlanıb Azərbaycanda son sutkada 268 nəfər vaksinasiya olunub.
Sağlamlıq
4 Dekabr , 2022 16:40
Peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda son sutkada 268 nəfər vaksinasiya olunub.

“Report” xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Gün ərzində birinci doza vaksinlərin sayı 99, ikinci doza vaksinlərin sayı 36 təşkil edib.

Ölkədə üç və daha çox doza vaksinlərin sayına gəlincə, bu göstərici 124-dür. Pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 19 olub.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 13 924 089 olub.

Son xəbərlər

Orphus sistemi