Peyvənd olunanların sayı açıqlanıb

Peyvənd olunanların sayı açıqlanıb Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 31 944 vaksin vurulub.
Sağlamlıq
529
11 Dekabr , 2021 18:31
Peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 31 944 vaksin vurulub.

“Report” xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3 447, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 198 nəfər təşkil edib.

Ölkədə buster doza vaksinlərin sayına gəlincə, bu göstərici 24 299 olub.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 10 869 472, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 5 117 826, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 4 613 676 nəfər təşkil edir.

Ümumilikdə isə 1 113 970 buster doza vurulub.

Son xəbərlər

Orphus sistemi