Peyvənd olunanların sayı açıqlanıb

Peyvənd olunanların sayı açıqlanıb Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 33 784 vaksin vurulub.
Sağlamlıq
238
17 Noyabr , 2021 16:34
Peyvənd olunanların sayı açıqlanıb
0 : 00
0 : 00

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 33 784 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan "Report"a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 864, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 7 712, "buster" doza üzrə vaksinasiya olunanların sayı isə 21 208 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 10 165 834, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 033 346, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 498 072, "buster" doza üzrə vaksinasiya olunanların sayı isə 634 416 təşkil edir.

Son xəbərlər

Orphus sistemi