Peyvənd olunanların sayı açıqlanıb

Peyvənd olunanların sayı açıqlanıb Azərbaycanda son sutkada koronavirus əleyhinə 16 678 vaksin vurulub.
Sağlamlıq
30 Mart , 2022 16:35
Peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda son sutkada koronavirus əleyhinə 16 678 vaksin vurulub.

Bu barədə "Report"a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Son sutkada birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 965, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 1 874, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 1 304, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 735 nəfərdir.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 13 441 710, birinci doza peyvəndlərin ümumi sayı 5 323 392, ikinci doza vaksinlərin sayı 4 823 150 təşkil edib. Üç və daha çox doza vaksinlərin sayı 3 067 193, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı isə 227 975 olub.

Son xəbərlər

Orphus sistemi