Peyvənd olunanların sayı açıqlanıb

Peyvənd olunanların sayı açıqlanıb Azərbaycanda son sutkada 444 nəfər vaksinasiya olunub.
Sağlamlıq
31 Yanvar , 2023 16:31
Peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda son sutkada 444 nəfər vaksinasiya olunub.

“Report” xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Gün ərzində birinci doza vaksinlərin sayı 150, ikinci doza vaksinlərin sayı 121 təşkil edib.

Ölkədə üç və daha çox doza vaksinlərin sayına gəlincə, bu göstərici 144-dir. Pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 29 olub.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 13 942 575 olub.

Son xəbərlər

Orphus sistemi