Peru hakimiyyəti “meymun çiçəyi” xəstəliyi ilə bağlı sanitar həyəcan elan edib

Peru hakimiyyəti “meymun çiçəyi” xəstəliyi ilə bağlı sanitar həyəcan elan edib Peru hakimiyyəti ölkədə hələ yoluxma halı qeydə alınmamasına baxmayaraq mayın 20-dən “meymun çiçəyi” xəstəliyi ilə əlaqədar sanitar həyəcan rejimi elan etmək qərarına gəlib.
Sağlamlıq
20 May , 2022 01:16
Peru hakimiyyəti “meymun çiçəyi” xəstəliyi ilə bağlı sanitar həyəcan elan edib

Peru hakimiyyəti ölkədə hələ yoluxma halı qeydə alınmamasına baxmayaraq mayın 20-dən “meymun çiçəyi” xəstəliyi ilə əlaqədar sanitar həyəcan rejimi elan etmək qərarına gəlib.

“Report”un məlumatına görə, bu barədə “El Comercio” qəzeti səhiyyə naziri Xorxe Lopez Penyaya istinadən xəbər verib.

"Həyəcan siqnalı elan edirik, o, sabahdan (bu gündən-red) qüvvəyə minəcək. Hələlik heç bir yoluxma halımız yoxdur, lakin hər hansı sürprizlərə hazır olmaq üçün bu tədbiri görürük", - nazir deyib.

Penya həmçinin bildirib ki, Səhiyyə Nazirliyi bu xəstəliyə qarşı vaksinlərin alınması imkanını nəzərdən keçirir.

“Meymun çiçəyi” 2017-ci ildə Nigeriyada 40 illik fasilədən sonra yenidən ortaya çıxıb. O vaxtdan bu günə kimi Afrika ölkəsində 218, Nigeriyadan gələn beynəlxalq səyahətçilərdə isə 8, o cümlədən 2021-ci ilin iyulunda ABŞ-ın Texas ştatında bir yoluxma hadisəsi təsdiqlənib. Eyni zamanda Böyük Britaniyanın tibb orqanları insanın nadir yoluxucu xəstəlik olan “meymun çiçəyi”nə yoluxmasını qeydə alıblar. Fransa da “meymun çiçəyi” xəstəliyinə yoluxma ehtimalı olan ilk hal qeydə alınıb.

Son xəbərlər

Orphus sistemi