Pediatr: "Körpə iki yaşına kimi əmziyi tərgitməlidir"

Pediatr: "Körpə iki yaşına kimi əmziyi tərgitməlidir" “Əmzik uşaqlar üçün sakitləşdirmə üsuludur”.
Sağlamlıq
6 aprel 2022 11:20
Pediatr: Körpə iki yaşına kimi əmziyi tərgitməlidir

“Əmzik uşaqlar üçün sakitləşdirmə üsuludur”.

“Report” xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti pediatr Əkbər Quliyev deyib.

O bildirib ki, körpə bəzən uzun müddət istifadədən sonra tərgitməkdə çətinlik çəkir:

“Valideynlər bəzən əmziyin üzərinə şirin su vurub verirlər, bu da onlarda vərdiş halına gətirir. İki yaşına kimi tərgitməlidir. Uzun müddət istifadə edilsə, diş problemləri yarana bilər. Amma əmziyə vərdiş edən uşaqların gec danışması ilə bağlı iddiaların elmi əsası yoxdur”.

Həkim onu da söyləyib ki, gec danışan uşaqlarda ilk növbədə qulağın eşitməsi yoxlanılmalıdır. O bildirib ki, yeni doğulan uşaqlar mütləq skrininq testlərdən keçməlidirlər: “Uşaqlarda 2 yaşına qədər danışma gecikməsi ola bilər. Həmin dövrə qədər tək-tək sözləri hecalarla deyirlərsə, deməli uşaq qarşıdakı zamanlarda danışacaq”.

Son xəbərlər

Orphus sistemi