Pediatr: "Ana bətnindəki körpə üçün bir həftə belə önəmlidir"

Pediatr: "Ana bətnindəki körpə üçün bir həftə belə önəmlidir" "37 həftədən tez doğulanlar erkən doğulan uşaqlar sayılır. 34-37 həftəsində doğulan uşaqlar yetişmiş uşağa oxşadığına görə bəzən evə tez göndərilir, amma problem yarana bilər."
Sağlamlıq
3 Noyabr , 2021 14:15
Pediatr: Ana bətnindəki körpə üçün bir həftə belə önəmlidir

"37 həftədən tez doğulanlar erkən doğulan uşaqlar sayılır. 34-37 həftəsində doğulan uşaqlar yetişmiş uşağa oxşadığına görə bəzən evə tez göndərilir, amma problem yarana bilər."

“Report” xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin pediatriya sahəsi üzrə mütəxəssis-eksperti Erkin Rəhimov deyib.

Onun sözlərinə görə, 37-42-ci həftədə doğulan uşaqlara isə vaxtında doğulanlar deyilir: “Elmi tədqiqatlar göstərir ki, bir həftə belə uşaqların inkişafı üçün önəmlidir. Erkən doğulan uşaqlarda tənəffüs, ürək, göz, eşitmə problemləri yaranır, daha çox infeksiyaya yoluxma olur. Həmçinin beyinlə bağlı problemlər olur. Həmin uşaqlarda beyindaxili qanamalar ola bilər. Ona görə də həmin uşaqlara yüksək səs olmaz”.

Son xəbərlər

Orphus sistemi