Bakıda koronavirus ən çox bu rayonda yayılıb

Bakıda koronavirus ən çox bu rayonda yayılıb Bakı koronavirus infeksiyasının ən geniş yayıldığı ərazi məlum olub.
Sağlamlıq
16 Yanvar , 2021 14:42
Bakıda koronavirus ən çox bu rayonda yayılıb

Bakıda koronavirus infeksiyasının ən geniş yayıldığı ərazi məlum olub.

“Report” xəbər verir ki, paytaxt üzrə ən yüksək yoluxma yenidən Binəqədi rayonunda qeydə alınıb.

Belə ki, bu rəqəm Binəqədidə 15% təşkil edir.

Sonrakı yerlərdə 13,1%-lə Xətai, 12,2%-lə Yasamal, 10,8%-lə Sabunçu, 8,2%-lə Nərimanov və Suraxanı, 7,8%-lə Nəsimi, 7%-lə Nizami, 6,8%-lə Xəzər, 5,4%-lə Qaradağ, 5%-lə Səbail, 0,5%-lə isə Pirallahı qərarlaşıb.

Son xəbərlər

Orphus sistemi