Bəzi təsərrüfatların yük partiyasında müəyyən viruslar aşkarlanıb

Bəzi təsərrüfatların yük partiyasında müəyyən viruslar aşkarlanıb "Payız mövsümündə əkin aparan bütün pomidor müəssisələrində dəfələrlə monitorinqlər keçirilərək virusoloji müayinələr aparılıb, ancaq heç bir təsərrüfatda bu vaxtadək bitki mənşəli virus aşkarlanmayıb".
Sağlamlıq
22 Noyabr , 2021 15:38
Bəzi təsərrüfatların yük partiyasında müəyyən viruslar aşkarlanıb
Qoşqar Təhməzli

"Payız mövsümündə əkin aparan bütün pomidor müəssisələrində dəfələrlə monitorinqlər keçirilərək virusoloji müayinələr aparılıb, ancaq heç bir təsərrüfatda bu vaxtadək bitki mənşəli virus aşkarlanmayıb".

"Report" xəbər verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli deyib.

Onun sözlərinə görə, bəzi təsərrüfatların ixrac olunan yük partiyasında aparılan virusoloji müayinələr zamanı isə pepino mozaik və qonur qırışıqlıq virusu müəyyən edilib: "Aşkar olunan uyğunsuzluqların araşdırılması zamanı təsərrüfatlarda virus aşkarlanmadığı halda, yük partiyalarında aşkarlanması ixrac olunan partiyaların başqa təsərrüfatlara məxsus olduğunu deməyə əsas verir”.

AQTA sədri bildirib ki, 205 müəssisənin pomidor ixracına icazə verilib: "Onların bu il üzrə ixrac proqnozu 360 133 ton təşkil edir. Həmçinin 70 müəssisənin alma ixracına icazə verilib ki, həmin müəssisələrin bu il ixrac proqnozu 153,397 ton təşkil edir".

Son xəbərlər

Orphus sistemi