Dərman qıtlığı malyariyanın fəsadlarını artırıb

Dərman qıtlığı malyariyanın fəsadlarını artırıb 2020-ci ildə koronavirus pandemiyasının səbəb olduğu dərman qıtlığı dünyada malariya xəstəliyindən ölüm hallarını xeyli artırıb.
Sağlamlıq
6 Dekabr , 2021 20:45
Dərman qıtlığı malyariyanın fəsadlarını artırıb
0 : 00
0 : 00

2020-ci ildə koronavirus pandemiyasının səbəb olduğu dərman qıtlığı dünyada malyariya xəstəliyindən ölüm hallarını xeyli artırıb.

“Report” Ümumdünya Səhiyyə Təşkilatının hesabatına istinadən xəbər verir ki, bütövlükdə ötən il malyariyaya 241 milyon nəfər yoluxub və həmin xəstəlikdən 627 min nəfər ölüb. O cümlədən 50 minədək ölüm halı “pandemiya dövründə malyariyanın profilaktikası, müayinə və müalicəsilə bağlı yol verilən fasilələr”in nəticəsidir.

Yoluxmaların 95 faizi, ölümlərin isə 96 faizi Afrika ölkələrinin payına düşür. Bundan əlavə, ölənlərin 80 faizə qədəri 5 yaşınadək uşaqlardır.

Son xəbərlər

Orphus sistemi