“Pakhlava” çay evi və “Antep Lahmacun” cərimələndi - TAM SİYAHI

“Pakhlava” çay evi və “Antep Lahmacun” cərimələndi - TAM SİYAHI Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) nəzarət tədbirləri çərçivəsində ötən gün ölkə üzrə 383 ictimai iaşə obyektində 666 monitorinq keçirib.
Sağlamlıq
263
23 İyul , 2021 16:02
“Pakhlava” çay evi və “Antep Lahmacun” cərimələndi - TAM SİYAHI

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) nəzarət tədbirləri çərçivəsində ötən gün ölkə üzrə 383 ictimai iaşə obyektində 666 monitorinq keçirib.

AQTA-dan "Report"a verilən məlumata görə, monitorinqlər zamanı 9 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub.

Aşkar edilmiş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb. Pozuntular aşkar edilmiş ictimai iaşə müəssisələri aşağıdakılardır:

Bakı şəhəri, Xətai ‎rayonu, Xocalı pr. 14 ünvanında yerləşən, hüquqi şəxs "Beat Restaurants" MMC-yə məxsus “Pakhlava” çay evi;

Bakı şəhəri, Sabunçu ‎rayonu, Fətəliyev küçəsi 56e ünvanında yerləşən, fiziki şəxs Şirinov Nicat Mahmud oğluna məxsus çay evi;

Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev küçəsi 65C‎ ünvanında yerləşən, hüquqi şəxs "Başarı" MMC-yə məxsus “Antep Lahmacun” restoranı;

Bakı şəhəri, Yasamal rayonu, Müşfiq heykəli parkında‎ yerləşən, fiziki şəxs Mikayılzadə Ramiz Mikayıl oğluna məxsus restoran;

Bakı şəhəri, Yasamal rayonu, Naxçıvani küçəsi 15 ünvanında yerləşən, fiziki şəxs Tağıyev Salman Ağahəsən oğluna məxsus “Beer Daha” pub;

Bakı şəhəri, Binəqədi rayonu, S. Axundov küçəsində yerləşən, fiziki şəxs Məmmədov Tərlan Əlirza oğluna məxsus “Cirə” restoranı;

Bakı şəhəri, Nərimanov rayonu, Xoyski pr. 830-835-ci məhəllə ünvanında yerləşən, hüquqi şəxs "Fryday" MMC-yə məxsus kafe;

Tərtər rayonu, Əliyev prospektində yerləşən, fiziki şəxs Bayramov Seymur İlham oğluna məxsus "Yadigar" kafesi;

Ağdaş rayonu, H. Əliyev prospektində yerləşən, fiziki şəxs Abdullayev Elşən Raqif oğluna məxsus kafe.

Qeyd edək ki, AQTA tərəfindən Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektlərində monitorinqlərin miqyası genişləndirilib. Hazırda AQTA müfəttişləri tərəfindən respublika üzrə monitorinqlər davam etdirilir və qaydalara əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcəkdir.

Son xəbərlər

Orphus sistemi