Özünü 3-cü mərtəbədən atan şagirdin analizlərinin nəticəsi məlum olub

Özünü 3-cü mərtəbədən atan şagirdin analizlərinin nəticəsi məlum olub Bakıda özünü məktəbin 3-cü mərtəbəsindən atan şagirdin intihara cəhd etməzdən əvvəl içdiyi dərmanla bağlı analiz aparılıb.
Sağlamlıq
5 Aprel , 2019 13:56
Özünü 3-cü mərtəbədən atan şagirdin analizlərinin nəticəsi məlum olub

Bakıda özünü məktəbin 3-cü mərtəbəsindən atan şagirdin intihara cəhd etməzdən əvvəl içdiyi dərmanla bağlı analiz aparılıb.

“Report” xəbər verir ki, hadisədən dərhal sonra Y.Hacıyeva əvvəlcə 1 saylı Kliniki Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinə aparılıb və ondan analiz götürülüb. Analizin nəticəsi bu gün məlum olub.

Səhiyyə Nazirliyindən “Report”un sorğusuna cavab olaraq bildirilib ki, analizlərin nəticəsinə görə o, allergiyaya qarşı olan dərman atıb və həmin dərmanın psixotrop tərkibi olmayıb. Mərkəzin həkimi hadisənin dərmana aidiyyəti olmadığını deyib. 

Qeyd olunub ki, Y.Hacıyeva xəstəxanaya çanaq sümüyünün sınığı, döş qəfəsinin, ağciyərin və yumşaq toxumaların əzilməsi diaqnozu ilə daxil olub: “Yaralıya lazımi tibbi yardım göstərilib, vəziyyəti yaxşıya doğru gedir və həyati təhlükəsi yoxdur”.

Son xəbərlər

Orphus sistemi