Ötən il icra olunan cərrahi əməliyyatların növləri açıqlanıb

Ötən il icra olunan cərrahi əməliyyatların növləri açıqlanıb İcbari tibbi sığortanın tətbiqindən sonra tibb müəssisələrinin cərrahiyyə fəaliyyətində artım müşahidə olunub. Belə ki, 2016-cı illə müqayisədə 2019-cu ildə həzm sistemi üzrə əməliyyatlar 70%, mama-ginekoloji əməliyyatlar 35%, oftalmoloji əməliyyatlar isə 1,9 dəfə artıb.
Sağlamlıq
15 Aprel , 2020 14:29
Ötən il icra olunan cərrahi əməliyyatların növləri açıqlanıb

İcbari tibbi sığortanın tətbiqindən sonra tibb müəssisələrinin cərrahiyyə fəaliyyətində artım müşahidə olunub. Belə ki, 2016-cı illə müqayisədə 2019-cu ildə həzm sistemi üzrə əməliyyatlar 70%, mama-ginekoloji əməliyyatlar 35%, oftalmoloji əməliyyatlar isə 1,9 dəfə artıb.

“Report” xəbər verir ki, bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin 2019-cu il üzrə fəaliyyətinə dair hesabatında qeyd olunub.

Ötən il bütün cərrahi əməliyyatların 44%-ni həzm, 26%-ni mama-ginekoloji, 14%-ni isə digər əməliyyatlar təşkil edib.

Bununla yanaşı, ötən il Agentliyin tabeliyinə verilmiş tibb müəssisələrində ixtisaslaşdırılmış tibbi xidmətlərin göstərilməsi mümkün olmadıqda özəl və təsərrüfat hesablı dövlət tibb müəssisələrinə göndəriş əsasında sığortaolunanlara 4955 müraciət üzrə ümumilikdə 15078 sayda tibbi xidmət göstərilib.

Göstərilən xidmətlərin bölgüsü 63,18% ürək-damar cərrahiyyəsi, 7,24% neyrocərrahiyyə, 1,07% travmatologiya, 7,75% urologiya, 13,69% oftalmologiya, 0,60% ginekologiya/doğuş, 2,15% ümumi cərrahiyyə və 4,32% digər sahələrdə olmaqla ümumi dəyəri 4093,16 min manat təşkil edib.

Son xəbərlər

Orphus sistemi