ÜST: Ötən il dünyada 10 milyona yaxın insan xərçəngdən ölüb

ÜST: Ötən il dünyada 10 milyona yaxın insan xərçəngdən ölüb Bakı. 5 fevral. REPORT.AZ/ Ötən il dünyada 9 milyon 600 min insan xərçəngdən ölüb.
Sağlamlıq
5 Fevral , 2019 15:47
ÜST:  Ötən il dünyada 10 milyona yaxın insan xərçəngdən ölüb

Bakı. 5 fevral. REPORT.AZ/ Ötən il dünyada 9 milyon 600 min insan xərçəngdən ölüb.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) hesabatında bildirilib.

Hesabata əsasən, 2018-ci ildə dünyada, təxminən, 18,1 milyon insanda xərçəng xəstəliyi aşkarlanıb. Dünyada xərçənglə bağlı ölümlərin, təxminən, 70%-i aşağı və orta gəlirli ölkələrdə qeydə alınıb.

Xərçəng ölümlərinin, təxminən, 30 faizi artıq çəki, hərəkətsizlik, düzgün olmayan qidalanma, tütün və spirtli içki istifadəsi ilə əlaqəlidir. ÜST ekspertləri hesab edirlər ki, ən real risk faktoru isə siqaret və spirt istehlakıdır. Belə ki, xərçəng səbəbindən ölümlərin 22%-i siqaretlə əlaqəlidir. Ona görə də xəstəlik kişilər arasında daha çox yayılıb.

Hesabata əsasən, təxminən, 1,76 milyon insan ağciyər, 783 mini mədə, 782 mini qaraciyər, 627 mini isə süd vəzisinin xərçəngindən ölüb. Bundan başqa, həmin müddətdə 300 min uşaqda xərçəng xəstəliyi aşkarlanıb. 

Son xəbərlər

Orphus sistemi