Ötən il Azərbaycandan göndərilən heç bir fındıq məhsulunda aflatoksin aşkar edilməyib

Ötən il Azərbaycandan göndərilən heç bir fındıq məhsulunda aflatoksin aşkar edilməyib "Ötən il Azərbaycandan Avropa İttifaqına ixrac edilən fındıq məhsullarında aflatoksin aşkar edilməsi ilə bağlı ölkəmizə heç bir bildiriş daxil olmayıb".
Sağlamlıq
477
1 Sentyabr , 2021 11:57
Ötən il Azərbaycandan göndərilən heç bir fındıq məhsulunda aflatoksin aşkar edilməyib

"Ötən il Azərbaycandan Avropa İttifaqına ixrac edilən fındıq məhsullarında aflatoksin aşkar edilməsi ilə bağlı ölkəmizə heç bir bildiriş daxil olmayıb".

"Report" xəbər verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli keçirdiyi mətbuat konfransında deyib.

Sədr xatırladıb ki, 2017-ci ildə ölkəmizdən ixrac edilən fındıq məhsullarında aflatoksin aşkar edilməsi ilə bağlı 17, 2018-ci ildə 16, 2019-cu ildə 10 bildiriş daxil olub:

"2020-ci ildə bununla bağlı ölkəmizə heç bir bildiriş göndərilməyib. Bu artıq məhsulun sağlamlığının göstəricisdir".

O qeyd edib ki, bu ilin yanvar-avqust ayları ərzində isə Azərbaycandan digər ölkələrə ümumilikdə 38 bildiriş göndərilib: "Həmin bildirişlərin hamısı öz təsdiqini tapıb".

Son xəbərlər

Orphus sistemi