Ötən il Azərbaycan həbsxanalarında vərəmdən ölüm göstəricisi açıqlanıb

Ötən il Azərbaycan həbsxanalarında vərəmdən ölüm göstəricisi açıqlanıb Ötən il cəzaçəkmə müəssisələrində vərəmli xəstəlikdən qeydə alınan ölüm göstərici açıqlanıb.
Sağlamlıq
4 aprel 2022 08:51
Ötən il Azərbaycan həbsxanalarında vərəmdən ölüm göstəricisi açıqlanıb
Rəfail Mehdiyev

Ötən il cəzaçəkmə müəssisələrində vərəmli xəstəlikdən qeydə alınan ölüm göstərici açıqlanıb.

"Report"un məlumatına görə, Ədliyyə Nazirliyi Tibb Baş İdarəsinin rəisi Rəfail Mehdiyev jurnalistlərə açıqlamasında bildirib ki, cəzaçəkmə müəssisələrində vərəmdən ölüm faizi 1995-ci illə müqayisədə 141 dəfə azalıb.

İdarə rəisinin sözlərinə görə, ölüm hallarında 2000-ci illə müqayisədə 28 dəfə, 2005-ci illə müqayisədə 13 dəfə, 2010-cu illə müqayisədə 4 dəfə, 2015-ci illə müqayisədə 1,5 dəfə azalma qeydə alınıb.

O qeyd edib ki, dərmanlara həssas vərəmli xəstələrin 1-ci sıra dərmanlarla uğurlu müalicə faizi 96% təşkil edir: "Bu rəqəm ÜST tərəfindən tövsiyə olunan hədəf göstəricisindən (85%) yüksəkdir. Çoxsaylı Dərmana Davamlı (ÇDD) formalı vərəmli xəstələrin 2-ci sıra və yeni dərmanlarla uğurlu müalicə faizi isə 88% təşkil edir. Halbuki ÜST tərəfindən tövsiyə olunan hədəf göstərici 75%-dir".

Nazirlik rəsmisi əlavə edib ki, vərəm hallarının sayı, o cümlədən açıq formalı və ÇDD formalı vərəm hallarının sayı kəskin azalıb: "Keçən il bütün vərəm hallarının sayı 2011-ci illə müqayisədə 3,7 dəfə, ÇDD vərəm hallarının sayı isə 3,3 dəfə az olub. 100 000 nəfər populyasiya üçün hesablanan vərəm üzrə xəstələnma göstəricisi ötən il 2011-ci illə müqayisədə 4,6 dəfə azalıb".

Son xəbərlər

Orphus sistemi