Ötən il Azərbaycanda 460 nəfərdə bədxassəli qan xəstəlikləri aşkar olunub

Ötən il Azərbaycanda 460 nəfərdə bədxassəli qan xəstəlikləri aşkar olunub Baş hemotoloq: “Onların 327 nəfərində kəskin leykoz müəyyən edilib”
Sağlamlıq
11 Yanvar , 2017 11:15
Ötən il Azərbaycanda 460 nəfərdə bədxassəli qan xəstəlikləri aşkar olunub

Bakı. 11 yanvar. REPORT.AZ/ “Ötən il Azərbaycanda müayinədən keçən 460 nəfərdə bədxassəli qan xəstəlikləri aşkar olunub. Onların 327 nəfərində kəskin leykoz müəyyən edilib”.

“Report”un məlumatına görə, bunu Səhiyyə Nazirliyinin baş hemotoloqu Çingiz Əsədov deyib.

Onun sözlərinə görə, B.Eyvazov adına Elmi Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutuna müraciət edən vətəndaşların sayı ötən il 12 628 nəfər olub: “İlkin müraciətlərin sayı 4 519 nəfər təşkil edib. Bu rəqəm 2015-ci ildə 4 306 nəfər olub. Hazırda müəssisədə 27 523 xəstə dispanser qeydiyyatdadır. Bu rəqəm 2015-ci ildə 23 962 təşkil edib”.

O qeyd edib ki, ötən il 143 min 694 nəfər nikahqabağı müayinədən keçib: “Onlardan 4 649 nəfərdə talassemiya daşıyıcılığı, 645 nəfərdə sifilis və 109 nəfərdə QİÇS təyin edilib. Hər ikisində talassemiya daşıyıcılığı olan cütlüklərin sayı 42 olub”.  

Foto: Firi Salim

Son xəbərlər

Orphus sistemi