Ötən il Azərbaycanda 2000-dən çox məhkum narkomaniyadan məcburi müalicəyə göndərilib.
“Report” xəbər verir ki, bu, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının illik məruzəsində qeyd olunub.
Belə ki, 2018-ci il ərzində penitensiar müəssisələrdə saxlanılan, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə görə məhkum olunmuş şəxslərin sayı 5151, məhkəmələr tərəfindən narkomaniyadan məcburi müalicə təyin edilmiş məhkumların sayı isə 2723 nəfər təşkil edib.