Ötən ay üzrə tibb işçilərinə 1, 4 mln manat müddətli əlavə ödənilib

Ötən ay üzrə tibb işçilərinə 1, 4 mln manat müddətli əlavə ödənilib Qeyd edilən işçilərin əmək haqlarına müddətli əlavələr iş vaxtına mütənasib olaraq ödənilib.
Sağlamlıq
354
21 Dekabr , 2020 11:01
Ötən ay üzrə tibb işçilərinə 1, 4 mln manat müddətli əlavə ödənilib

“Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 25 mart tarixli 112 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 noyabr 2020-ci il tarixli 442 nömrəli qərarına əsasən noyabr ayı üçün tibb işçilərinin əmək haqlarına müddətli əlavələr ödənilib.

"Report" xəbər verir ki, Səhiyyə Nazirliyinin tabeliyində olan tibb müəssisələri üzrə 1 618 tibb işçisinə 1,4 mln manat məbləğində müddətli əlavə ödənilib.

Qeyd edilən işçilərin əmək haqlarına müddətli əlavələr iş vaxtına mütənasib olaraq ödənilib.

Son xəbərlər

Orphus sistemi