Ötən ay Şamaxıda baş verən ana ölümünün səbəbi məlum olub

Ötən ay Şamaxıda baş verən ana ölümünün səbəbi məlum olub "Onun dünyaya gətirdiyi qızın səhhəti hazırda qaydasındadır"
Sağlamlıq
7 Dekabr , 2016 16:43
Ötən ay Şamaxıda baş verən ana ölümünün səbəbi məlum olub

Bakı. 7 dekabr. REPORT.AZ/ Ötən ay Şamaxının Ərçiman kənd sakini, 1996-cı il təvəllüdlü Nuriyeva Qaratel Bəxtiyar qızının doğuş zamanı ölümünün səbəbi məlum olub.

"Report"un məlumatına görə, Səhiyyə Nazirliyinin Doğuşayardım Komissiyasının sədri, respublikanın baş mama-ginekoloqu Sevinc Məmmədova deyib ki, həmin ananın ölümü ilə bağlı məhkəmə tibbi ekspertiza aparılıb: "Yekun rəyə əsasən, onda xroniki hepatit, natamam septal serroz aşkar edilib. Doğuş zamanı, qadının qaraciyərində dəyişikliklər baş verib. Onun qaraciyərinin hüceyrələri əkilib. Bu yaşda serroz olmasının səbəbi həmin nəticələr əldə olunduqdan sonra dəqiqləşəcək".

S.Məmmədova qeyd edib ki, həmin qadının belə xəstəliklə hamilə qalması əvvəldən sual altında olub: "O, hamiləliyin yalnız 28-ci həftəliyində həkimə müraciət edib. Onun dünyaya gətirdiyi qızın səhhəti hazırda qaydasındadır".

Baş mama-ginekoloq qeyd edib ki, noyabr ayında Azərbaycanda yalnız bir ana ölümü baş verib.

Son xəbərlər

Orphus sistemi