Ortoped-travmatoloq: “Kəskin onurğa əyriliyi olan şəxslərdə digər orqanlar da zərər görür”

Ortoped-travmatoloq: “Kəskin onurğa əyriliyi olan şəxslərdə digər orqanlar da zərər görür” “Döş səviyyəsində olan onurğadakı əyrilik ağciyər və ürəkləri sıxa bilir. Bu da insanlarda təngnəfəslik və ürək ağrıları ilə müşahidə oluna bilər. Qarın boşluğundakı əyrilik isə həmin nahiyələrdə böyrəklər və damarlar sıxa bilər”.
Sağlamlıq
11 May , 2022 15:18
Ortoped-travmatoloq: “Kəskin onurğa əyriliyi olan şəxslərdə digər orqanlar da zərər görür”

“Döş səviyyəsində olan onurğadakı əyrilik ağciyər və ürəkləri sıxa bilir. Bu da insanlarda təngnəfəslik və ürək ağrıları ilə müşahidə oluna bilər".

“Report” xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, ortoped-travmatoloq, cərrah Sənan Aşirov deyib.

Onun sözlərinə görə, qarın boşluğundakı əyriliklə əlaqədar olaraq isə həmin nahiyələrdə böyrəklər və damarlar sıxıla bilər.

Cərrah bildirib ki, adətən bu narahatlıqlar kəskin onurğa əyriliyi olan şəxslərdə qeydə alınır: "Kifoz xəstəliyinin müalicəsi onun ağırlıq dərəcəsindən asılıdır. Yəni 18 yaşdan sonrakı dövrdə kifozun ağır forması demək olar ki, düzəlməz. Lakin aşağı yaş qrupunda olanlarda yüngül dərəcəli kifoz düzələ bilir”.

Son xəbərlər

Orphus sistemi