Orqan və sümük iliyinin köçürülməsi ilə bağlı təlimatlar artıq yerlərə göndərilib.
"Report" xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Tibbi planlama departamentinin rəhbəri Hikmət İbrahimli deyib.
O bildirib ki, vətəndaşlar Səhiyyə Nazirliyinin tabeliyindəki “Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzi”nə müraciət etməli, növbəyə yazılmalıdırlar: “Bundan sonra analizlərin götürülməsinə başlanılacaq”.