Oqtay Şirəliyev Neftçalada vətəndaşları qəbul edəcək

Oqtay Şirəliyev Neftçalada vətəndaşları qəbul edəcək Bakı. 1 mart. REPORT.AZ/ Səhiyyə naziri Oqtay Şirəliyev Neftçala Mərkəzi Rayon Xəstəxanasında vətəndaşları qəbul edəcək.
Sağlamlıq
1 Mart , 2018 17:05
Oqtay Şirəliyev Neftçalada vətəndaşları qəbul edəcək

Bakı. 1 mart. REPORT.AZ/ Səhiyyə naziri Oqtay Şirəliyev Neftçala Mərkəzi Rayon Xəstəxanasında vətəndaşları qəbul edəcək.

Səhiyyə Nazirliyinin Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, nazir martın 2-də saat 11:00-da Neftçala, Salyan, Biləsuvar və Cəlilabad rayon sakinlərini qəbul edəcək və səhiyyə sahəsinə dair vətəndaşları maraqlandıran sualları cavablandıracaq.

Qəbulda habelə sakinlərin müraciətləri, şikayət, təklif və fikirləri nazir tərəfindən dinləniləcək və lazımi tədbirlər görüləcək.

Qəbula yazılmaq istəyən vətəndaşlar Neftçala Mərkəzi Rayon Xəstəxanasında qeydiyyatdan keçə bilərlər.

Son xəbərlər

Orphus sistemi