Oqtay Şirəliyev İmişlidə vətəndaşları qəbul edib

Oqtay Şirəliyev İmişlidə vətəndaşları qəbul edib Bakı. 23 yanvar. REPORT.AZ/ Səhiyyə naziri Oqtay Şirəliyev İmişlidə vətəndaşları qəbul edib.
Sağlamlıq
23 Yanvar , 2019 14:12
Oqtay Şirəliyev İmişlidə vətəndaşları qəbul edib

Bakı. 23 yanvar. REPORT.AZ/ Səhiyyə naziri Oqtay Şirəliyev İmişlidə vətəndaşları qəbul edib.

Nazirlikdən "Report"a verilən xəbərə görə, İmişli Rayon Mərkəzi Xəstəxanasında keçirilən qəbulda İmişli, Beyləqan, Saatlı, Sabirabad rayon sakinləri iştirak ediblər. 

Sakinlərin sağlamlıq problemləri, işlə təminat və s. məsələlərlə bağlı müraciətləri dinlənilib.

Vətəndaşların müraciətində qaldırılan məsələlər nazirliyin müvafiq qurumlarının əməkdaşlarının iştirakı ilə araşdırılıb, onların bəziləri yerində həllini tapıb.

Nazirliyin səlahiyyətlərinə aid olmayan məsələlər aidiyyəti üzrə çatdırılması üçün qeydiyyata alınaraq nəzarətə götürülüb.

Son xəbərlər

Orphus sistemi