Oqtay Şirəliyev Göygöldə vətəndaşları qəbul edəcək

Oqtay Şirəliyev Göygöldə vətəndaşları qəbul edəcək Qəbula yazılmaq istəyən vətəndaşlar Göygöl Mərkəzi Rayon Xəstəxanasında qeydiyyatdan keçə bilərlər
Sağlamlıq
24 Avqust , 2017 17:15
Oqtay Şirəliyev Göygöldə vətəndaşları qəbul edəcək

Bakı. 24 avqust. REPORT.AZ/ Səhiyyə naziri Oqtay Şirəliyev Göygöl, Daşkəsən, Goranboy və Naftalan rayon sakinlərini qəbul edəcək.

Bu barədə "Report"a Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Qəbul sabah saat 13:00-da Göygöl Mərkəzi Rayon Xəstəxanasında keçiriləcək.

Qəbulda sakinlərin müraciətləri, şikayət, təklif və fikirləri nazir tərəfindən dinləniləcək.

Qəbula yazılmaq istəyən vətəndaşlar Göygöl Mərkəzi Rayon Xəstəxanasında qeydiyyatdan keçə bilərlər.

Son xəbərlər

Orphus sistemi