Azərbaycanda sanitar-epidemioloji vəziyyət sabitləşib

Azərbaycanda sanitar-epidemioloji vəziyyət sabitləşib "Avqustun 5-dən sərt karantin rejiminin mövcud olduğu şəhər və rayonlarda, eləcə də ölkə üzrə bəzi məhdudiyyətlər aradan qaldırılmış və yumşalmalar təmin edilib”.
Sağlamlıq
29 Avqust , 2020 10:39
Azərbaycanda sanitar-epidemioloji vəziyyət sabitləşib

Azərbaycan Respublikasında yeni növ koronavirus (COVID-19) infeksiyasının yarada biləcəyi təhlükənin qarşısının alınması istiqamətində həyata keçirilən preventiv tədbirlər nəticəsində, eləcə də əhalinin tətbiq olunan karantin və gigiyena qaydalarına daha ciddi və məsuliyyətli əməl etməsi, dövlət-vətəndaş həmrəyliyi sayəsində ölkədəki sanitar-epidemioloji vəziyyət stabilləşib, yoluxma hallarının kəskin azalmasına nail olunub.

“Report”un xəbərinə görə, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarında qeyd edilib.

“Sanitar-epidemioloji vəziyyətə uyğun olaraq, avqustun 5-dən sərt karantin rejiminin mövcud olduğu şəhər və rayonlarda, eləcə də ölkə üzrə bəzi məhdudiyyətlər aradan qaldırılmış və yumşalmalar təmin edilib”, - qərarda bildirilib.

Son xəbərlər

Orphus sistemi